Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi

24 fevral 2017 | 16:00

Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatının inzibati binasında Xocalı soyqırımının 25 -ci ildönümünə həsr edilmiş  "Xocalı qan yaddaşımız" mövzusunda anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə binanın foyesində Xocalıya həsr olunmuş foto və əl işlərindən təşkil olunmuş kompozisiyalara tamaşa etdilər. Akt zalında keçirilən tədbir Xocalı soyqırımında həlak olan həmvətənlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Samux  rayon İcra Hakimiyyətinin Başçısı, cənab Alı Qocayev bildirdi ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin,  Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
Tədbir Xocalı faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdirildi.

Keçidlər