Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər davam edir.

24 fevral 2017 | 16:00

Samux rayonunda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər davam edir. 24 Fevral 2017-ci il tarixdə Lək kənd tam orta məktəbində Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə 26 Fevral Xocalı soyqırımı ilə bağlı “Xocalı soyqırımı - XXI əsrin soyqırımı ” mövzusunda seminar keçirildi. İlk öncə dövlət himnimizin səslənməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açıq elan edən Gənclər və İdman İdarəsinin rəis müavini Eynur Fərmanlı Xocalı soyqırımı barədə geniş məlumat verdi. Lək kənd tam orta məktəbin şagird və müəllimləri Xocalı soyqırımı barədə öz fikirlərini bölüşdülər , Xocalıda baş verən hadisələrin dünyada tayı bərabəri görülməmiş genosid , soyqırım olduğunu qeyd etdilər, işğal olunmuş rayonlar barədə geniş çıxış etdilər . Daha sonra Xocalı ilə bağlı videoçarx nümayiş olundu. Sonda idman zalında Lək kənd tam orta məktəb şagirdləri tərəfindən soyqırım ilə bağlı kağız hərflərlə bütün dünyaya “ Justice for Khojaly” başlığı altında Xocalıya ədalət mesajları verən fleşmob nümayiş olundu.

Keçidlər