Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux Rayon Təşkilatında Xocalı soyqırımı qeyd olundu

23 fevral 2017 | 16:00

YAP Samux rayon təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsir olunmuş anım tədbiri keçirildi.Tədbirdə YAP Samux rayon təşkilatının Gənclər Birliyinin üzvləri iştirak etdilər.Tədbir iştirakçıları ilk öncə bir dəqiqəlik sükutla şəhidlərin xatirəsini yad etdilər .
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov tədbiri açaraq qeyd etdi ki, tarixin müxdəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı əsrin ən dəhşətli faciəsindən birini yaşaması ölkəmizin yeni tarixinə qara həriflərlə yazıldı .
Sonra tədbirdə Xocalı sakini Faiq Həsənov həmin gecə xalqımıza qarşı törədilən qanlı terror aktının- Xocalı soyqırımının canlı şahidi olaraq cıxış etdi.Faiq Həsənovun xatirələri tədbir iştirakçılarını çox mütəəsir etdi, eyni zamzanda gənclərə xocalı faciəsinin mahiyyətini aşıladı.
Tədbirdə gənc YAP üzvləri Xocalı qəhrəmanları haqqında məlumat verdilər.Daha sonra tədbirdə çıxış edən Qarayeri 1saylı məktəb-liseyin müəllimi Kəmalə Mustafayeva, Sərkar kənd tam orta məktəbin müəllimi Aynur Qəhrəmanova, Samux şəhər 3saylı tam orta məktəbin müəllimi Ruhiyyə Hüseynova və İnstitut qəsəbə tam orta məktəbin müəllimi Şəhla Mustafayeva çıxış edərək, qeyd etdilər ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi - şovinistlələrin davamlı olaraq etnik təmizləmə soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycanlılar öz tarixi torpaqlarından qovulmuş qaçqın məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Bu kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla təkcə azərbaycanlılara qarşı deyil bütövlükdə insanlıq əlehinə törədilmiş qəddar cinayət aktıdır.Onlar bildirdilər ki, erməni millətçiləri Xocalıda bu soyqırım əməlini törədərkən doğma torpağını qəsibkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər. Qeyd olundu ki, ermənilərin törətdiyi Xocalı soyqırımı insanlığa və bəşəriyyətə qarşı cinayət olub . Möhdərəm Prezidentimiz Cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti sayəsində Xocalı həqiqətləri Azərbaycan xalqının başına gətirilən müsübətlər dünya ictimayyətinin diqqətinə çatdıracaq və bu vəhşilik real qiymətini alacaq.

Keçidlər