Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Coca-cola məktəbli kubokunun” rayon mərhələsinin qalibi məlum oldu.

22 fevral 2017 | 16:00

Samux rayonunda Coca-cola məktəbli kubokunun rayon mərhələsinin qalibi məlum oldu. 22 Fevral 2017-ci il tarixdə AFFA və Təhsil nazirliyinin məktubuna əsasən Rayon İcra Hakimiyyətinin  dəstəyi , Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Samux şəhər 2 saylı tam orta məktəbdə Coca-cola məktəbli kubokunun rayon mərhələsinin final oyunu keçirildi.  7-ci sinif şagirdlərinin mübarizə apardığı yarışda 35 ümumtəhsil məktəb komandaları  olmaqla 350-yə yaxın şagird iştirak etmişdir. Yarışı keçirməkdə məqsəd  rayonda idmanın kütləviliyini artırmaq, futbol idman növünü məktəblilər arasında təbliğ etmək, Coca-cola məktəbli kubokunun Samux rayon birinciliyinin qalibini və zona mərhələsinə göndəriləcək komandanı  müəyyənləşdirmək, futbola marağın artırılması və inkişaf etdirilməsidir.  Final mərhələsində Qarabağlar kənd tam orta məktəb komandası ilə Ziyadlı kənd tam orta məktəb komandaları qarşılaşdı. Rəqibini 03 : 00 hesabı ilə məğlub edən Ziyadlı kənd tam orta məktəb komandası Coca-cola məktəbli kubokunun zona birinciliyinə vəsiqə qazandı . Birinci və ikinci yerə çıxan komandalara AFFA və Coca-cola şirkətlər qrupu tərəfindən hədiyyələr təqdim olundu.

Keçidlər