Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayonunda "Dini dözümlülük, talerantlıq və multikulturalizm inkişafın və sabitliyin başlanğıcıdır" mövzusunda seminar təşkil olundu.

12 yanvar 2017 | 16:00

12 yanvar 2017-ci il tarixdə Samux Rayon Qovlarsarı kənd tam orta məktəbində 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması münasibətilə Samux Rayon İcra Hakimiyyətinin dəstəyi və  Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Dini dözümlülük, talerantlıq və multikulturalizm inkişafın və sabitliyin başlanğıcıdır" mövzusunda seminar təşkil olundu. Tədbirdə mövzu barədə geniş məlumat verildi, Azərbaycanın Beynəlxalq aləmdə multikulturalizm, talerantlıq nümunəsi olduğu qeyd edildi. Qarşılıqlı disskusiya , fikir mübadiləsi ilə davam edən tədbirdə şagirdlər bu barədə öz fikirlərini bildirdilər. Qovlarsarı kənd tam orta məktəbin 11-ci sinif şagirdi Əsədova Aysel Akif qızı xüsusilə öz fəallığı, aktivliyi ilə seçildi.

Keçidlər