Şriftin ölçüsü :

Saytın rəngi :

SAMUX RAYONUNDA YAP SAMUX RAYON TƏŞKİLATINDA PARTİYANIN YARANMASININ 24-CÜ İLDÖNÜMÜ QEYD EDİLDİ

21 noyabr 2016 | 16:00

21 noyabr  2016- cı  il tarixdə  Yeni Azərbaycan Partiyasının  yaradılmasının  24-cü ildönümü münasibəti ilə  YAP Samux Rayon Təşkilatında tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə  Ulu Öndərimizin Heydər Parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər. Sonra rayon Təşkilatının qərargahında öz işini davam etdirən tədbiri giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev tədbir iştirakçılarına YAP-ın 24 illik fəaliyyəti, keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verdi.O bildirdi ki, YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı
  Tədbirdə  YAP Samux rayon Təşkilatının sədri  Gündüz Bayramov geniş çıxış edərək bildirdi ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı YAP ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir.  Sonra YAP Samux  rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova qeyd etdi ki, ötən 24 il müddətində partiyamız 700 minə yaxın insanı öz ətrafında birləşdirə bilib və bu, xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisidir. K.Xəlilova həmçinin qeyd edib ki, YAP-ın üzvləri arasında qadınlar böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də Azərbaycanın sağlam, intellektual gənc qadınlarından ibarətdir.
   Daha sonra YAP fəallarından Mirzəmməd Orucov- Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Samux rayon şöbəsinin sədri, Ülviyyə  İbrahimova - Ziyadlı kənd tam orta məktəbin müəllimi, Şəhla Məmmədhəsənova - İnstitut qəsəbə tam orta məktəbin müəllimi məruzə ətrafında çıxış etdilər.
       Tədbirin sonunda YAP Samux rayon Təşkilatının keçirdiyi  tədbirlərdə siyasi fəallıq göstərdiyinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir neçə partiya fəalına Fəxri Fərman, bir neçə gənc pariya üzvünə isə üzvlük vəsiqəsi təqdim olundu.

Keçidlər