Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda taxıl biçini başa çatıb.

22 iyul 2016 | 16:00

Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsindən bildirilib ki, 8 min 147 hektar taxıl sahəsindən 24 min 22 ton məhsul yığılıb.
Mövsümi yağışların intensivliyi və dolunun sahələrə vurduğu ziyana baxmayaraq, rayon üzrə orta məhsuldarlıq 29,5 sentner təşkil edib. Əkilmiş taxıl sahəsinin 3582 hektarında buğda biçini, 4565 hektarında isə arpa biçini aparılıb. Buğda səhəsindən 10 min 641 ton, arpa sahəsindən isə 13 min 381 ton məhsul yığılıb. Hazırda biçilmiş taxıl sahələrində aqrotexniki qaydalara uyğun şum aparılır.

Samux, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər