Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Ziya Məmmədov vətəndaşları qəbul etdi.

24 iyun 2016 | 16:00

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, nəqliyyat naziriZiya Məmmədov iyunun 24-də Samux rayonunda qəbul keçirib.
Nazir  Daşkəsən, Göygöl, Samux rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciət, şikayət və təkliflərini dinləyib.
Vətəndaşların müraciətlərinə əsasən, Daşkəsən-Mingəçevir-Bakı müntəzəm marşrut xəttinin və Göygöl-Qazax-Qırmızı Körpü yeni marşrut xəttinin açılmasında köməklik göstərilməsi, eləcə də Bakı-Göygöl-Bakı marşrut xətti üzrə hərəkət qrafikində müəyyən dəyişikliklər edilməsi təklif olunub.
Samux və Göygöl şəhərlərində müasir standartlara uyğun avtovağzal kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı təkliflər, vətəndaşların qaldırdığı məsələlərlə bağlı müraciətlərə baxılıb.
Samux rayonunun yol-nəqliyyat kompleksində görülmüş işlərlə bağlı vətəndaşlar tərəfindən minnətdarlıq ifadə olunub.
Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.

Keçidlər