Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda yeni inşa edilən 624 şagird yerlik məktəb binasının açılışı oldu.

21 yanvar 2022 | 16:00

Yanvarın 21-də Samux rayon H.Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbi üçün yeni inşa edilmiş tədris binasının da açılış mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin rəisi Anar Axundov və Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova iştirak edib.

Qeyd edilib ki, yeni tikilən təhsil müəssisəsi 624 şagird yerlikdir. Məktəbdə müasir təhsil standartlarına uyğun 24 sinif otağı, məktəbəhazırlıq, fənn kabinetləri və laboratoriyalar, informatika, hərbi hazırlıq kabineti, akt və idman zalları, kitabxana və yeməkxana mövcuddur. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Təhsil müəssisəsində şagirdlərin təlim-tərbiyəsi ilə 49 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq.

Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.

 

Keçidlər