Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Mərkəzi xəstəxana üçün yeni binanın inşası uğurla davam etdirilir.

17 yanvar 2022 | 16:00

Samux rayonunda  Mərkəzi xəstəxana üçün yeni binanın inşası uğurla davam etdirilir. 90 çarpayılıq tibb ocağının tikintisi üçün Samux şəhəri ərazisində 1,8 hektar sahə ayrılıb. Yeni xəstəxana binasında əhaliyə günün tələbləri səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımı şərait yaradılacaq. 3 mərtəbədən ibarət xəstəxanada poliklinika, yolxucu xəstəliklər və digər şöbələr yaradılacaq. Binanın ayrıca qazanxanası, elektrik təsərrüfatı və bioloji qurğusu da olacaq. Artıq binanın tikintisi yekunlaşmaq üzrədir. Tikinti ilə yaxından tanış olan Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev iş icraçıları ilə söhbət edərək onlara öz tapşırıq və tövsiyyələrini vermişdir.

Keçidlər