Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 9539 hektar sahədə payızlıq taxıl əkilib

05 yanvar 2022 | 16:00

Samux rayonunun təsərrüfatlarında 12677 hektar sahədə şum qaldırılıb, 9538,9 hektar sahədə payızlıq taxıl əkilib.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, taxıl səpininin 5188 hektarı buğda, 3644,5 hektarı arpa, 706,4 hektarı isə xəsildir. Taxıl əkininin 364 hektarı və ya 3,8 faizi dövlət müəssisələrinin, 4102,5 hektarı və ya 43 faizi qeyri-dövlət müəssisələrinin, 5072,4 hektarı və ya 53,2 faizi isə əhali təsərrüfatlarının payına düşüb.
Samux, 5 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Keçidlər