Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Maşıyev Asəf Volodya oğlunun şəhadətinin ildönümü keçirildi.

10 dekabr 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonu Füzuli kəndindən   olan 44 günlük Vətən müharibəsi şəhidi Maşıyev Asəf  Volodya oğlunun şəhadətinin il dönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşlar və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi.  Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışdı . 44 günlük Vətən müharibəsinin şəhidi Maşıyev Asəf Volodya oğlu  26 noyabr 1982-ci il tarixdə Samux rayonunun Füzuli kəndində anadan olmuşdur. Samux rayon Füzuli kənd tam orta məktəbinin məzunudur. İlk öncə Cəmşid Naxçıvanski adına hərbi-liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 2006-ci ildə leytenant kimi xidmətə başlayıb. Uğurlu və peşəkar xidmətinə görə mayor rütbəsinə qədər yüksəlib. Vətən müharibəsi zamanı qızğın döyüşlərdə kəşfiyyat komandiri kimi yüksək peşəkarlıqla və qəhrəmancasına döyüşüb. 29 sentyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə itgin düşüb. 10 dekabr 2020-ci il tarixdə Samux rayonunun Füzuli kəndində dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Evli idi. Fatimə adlı qızı, Əliheydər və Əlihüseyn adlı oğlan övladları var.

Keçidlər