Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Çempionumuz” layihəsinin növbəti qonağı Samux Kikboksinq Klubunun rəhbəri, əməkdar məşqçi, dəfələrlə dünya, avropa və respublika çempionu Elnur Salamov oldu.

10 dekabr 2021 | 16:00

Samux rayonunda “Çempionumuz” layihəsinin növbəti qonağı Samux Kikboksinq Klubunun rəhbəri, əməkdar məşqçi,  dəfələrlə dünya, avropa və respublika çempionu   Elnur Salamov oldu.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Məktəb İdmanları Federasiyası, Azərbaycan İdman Könüllüləri və Azərbaycan İdmançıları ictimai birliyinin təşkilatçılığı ilə "Çempionumuz" layiyəsinin icrası həyata keçirilir. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və idmanı təbliğ etmək, yerlərdə nəaliyyət qazanmış idmançıları cəmiyyətdə tanıtmaq məqsədi ilə hər ay bir orta ümumtəhsil məktəbində rayonun tanınmış idmançısının yeniyetmə və gənclərlə görüşü keçirilir.
 Samux rayon Ziyadlı kənd tam orta məktəbində Samux Kikboksinq Klubunun rəhbəri, əməkdar məşqçi,  dəfələrlə dünya, avropa və respublika çempionu Elnur Salamov layihənin qonağı oldu.  Samux rayon Gənclər və İdman İdarəsinin rəis-müavini Rasim İmamquliyev tədbiri açıq elan etdi. Daha sonra Elnur müəllim keçdiyi həyat yolundan danışdı. Tədbirdə idmanın təbliğindən əlavə yeniyetmə və gənclərin etik davranışından, zərərli vərdişlərdən də geniş söhbət açıldı.
Layihə çərçivəsində kikboksinq idman növü üzrə İmişli rayonunda keçirilən "Kəmər" yarışında, Mingəçevir şəhərində keçirilən "Zəfər Kuboku" yarışında və respublilka çempionatında qalib gələrək kəmər, kubok, medallar və diplomlara layiq görülmiş Elnur müəllimin tələbəsi Abbasəliyev Yusifin təqdimat mərasimi keçirildi. Layihənin təşkilatçıları və iştirakçıların hər biri idmançımızı təbrik etdi.
Gənclərin maraqla qarşıladığı bu tədbirdə son olaraq xatirə şəkilləri çəkildi.

Keçidlər