Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda məktəblilərlə görüş keçirilib

07 dekabr 2021 | 16:00

Samux Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Qarayeri qəsəbə 1 saylı tam orta məktəbdə “Sağlam həyat tərzi”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə” mövzularında məktəblilərlə görüş keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Fikrət Musayev narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışaraq bildirib ki, narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi-əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur.
Görüşdə dini radikalizmə qarşı mübarizə tədbirlərindən də söz açılıb. Onun fəsadları və qarşısının alınması yollarından, eləcə də islam dininin düzgün səpkidə gənclərə çatdırılmasının vacibliyindən bəhs olunub. Cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşdüyü diqqətə çatdırılıb.
F.Musayev daha sonra erkən qurulan ailələrdə sonradan yaşanan faciələrdən bəhs edib. Belə halların aradan qaldırılması üçün valideynlərin də mövzuya daha həssas yanaşmalarının vacib olduğunu bildirib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Samux, 7 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Keçidlər