Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailələri daim diqqət mərkəzində saxlanılır.

06 noyabr 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə əslən Kəlbəcərdən olan Samux rayonunun Seyidlər kəndində dəfn olunan 44 günlük Vətən müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, Kəlbəcər Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan danışdı .
    44 günlük Vətən müharibəsi şəhidi  Şəfiyev Daşqın Hidayət  oğlu 22 avqust 1989-cu il tarixdə Kəlbəcər rayonunda  anadan olmuşdur. Samux rayon Seyidlər kənd  tam orta məktəbinin məzunudur. Vətən müharibəsi zamanı bir neçə istiqamətdə gedən döyüşlərdə iştirak etmişdir. 04 noyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. 06 noyabr 2020-ci ildə Samux rayonunun Seyidlər kənfində dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" , “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər