Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda "Sən Qalibsən Azərbaycan" adlı konsert proqramı keçirildi.

06 noyabr 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzi Samux nümayəndəliyinin birgə təşkilatçılığı ilə Samux rayon Hacıalılı kənd natamam orta məktəbdə və  Yenikənd tam orta məktəbində “8 noyabr  Zəfər gününə həsr olunmuş  " Sən Qalibsən Azərbaycan " adlı konsert proqramı keçirildi.
Konsertdə ilk öncə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açaraq tədbir iştirakçılarını salamladı və " Zəfər günü" münasibətilə hər kəsi təbrik etdi. Mədəniyyət Mərkəzinin kütləvi iş təşkilatçısı Rufin Nəbiyevin ifasında musiqilər səsləndirildi. GİKM- in Samux nümayəndəliyinin Gənc Könüllüsü Rəvan Məhərrəmovun təqdimatında " Yaşa Azərbaycan " musiqisi səsləndirildi. Daha sonra tədbirdə məktəb şagirdləri öz şeirlərini, mahnılarını və rəqslərini tədbir iştirakçılarına təqdim etdilər.

Keçidlər