Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizə həsr olunmuş “Azərbaycan tarixinin ən şanlı qələbəsi” mövzusunda onlayn konfrans keçirildi.

05 noyabr 2021 | 16:00

05 noyabr 2021- ci il tarixdə YAP Samux rayon təşkilatında tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizə həsr olunmuş “Azərbaycan tarixinin ən şanlı qələbəsi” mövzusunda onlayn konfrans keçirildi.
Öncə, Vətən müharibəsində canından keçən igid vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra konfransı açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək, Vətən müharibəsində qısa müddət ərzində qüdrətli ordumuzun hərb meydanında qazandığı möhtəşəm qələbədən, uğurlu hərbi əməlliyatlardan danışdı. Gündüz Bayramov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir.
Daha sonra konfransda iştirak edən fəal YAP üzvləri Şəmistan Yusifov, Kəmalə Xəlilova, Şəlalə Tağıyeva, Nuridə Həsənova, Dilarə Əsgərova çıxış edərək qeyd etdilər ki, Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Natiqlər, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsini diqqətə çatdırdılar. Eyni zamanda qeyd edildi ki, xalqımızın öz liderinin ətrafında bir yumruq kimi birləşməsi düşməni bütün cəbhələrdə məğlubiyyətə uğratdı və Azərbaycan hər bir platformada öz gücünü göstərdi. Əldə etdiyimiz bu tarixi zəfərin, torpaqlarımızın azad edilməsinin həm də Azərbaycan xalqının özünə inamını qaytarması, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirməsi diqqətə çatdırıldı. Vurğulandı ki, dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti və zəfərləri ilə haqlı olaraq qürur duyur və azərbaycanlı olması ilə fəxr edir.

Keçidlər