Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu üzrə 2021-ci ilin yanvar-sentyabr aylarında iqtisadi və sosial inkişafın makroiqtisadi göstəriciləri.

05 noyabr 2021 | 16:00

2021-ci ilin yanvar-sentyabr aylarının makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının  dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.
           Kənd təsərrüfatı məhsullarının istehsal həcmi  75481,9 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə  nisbətən 0,6  faiz çoxdur.
  2021-ci ilin məhsulu üçün rayon üzrə 10806,9 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 377,3 hektar və ya 3,4 faiz azdır. 2021-ci ilin məhsulu üçün 5003,9 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən  504,4  hektar və ya 9,2 faiz azdır.
            Yazlıq  səpinin   1059,0  hektarı və ya 21,2 faizi çoxillik otlar, 162,6 hektarı və ya 3,2 faizi kartof, 688,0 hektarı və ya 13,7 faizi tərəvəz, 1851,0 hektarı və ya 36,9 faizi günəbaxan, 324,0 hektarı və ya 6,5 faizi yazlıq arpa, 86,0 hektarı və ya 1,7 faizi yazlıq  buğda, 28 hektarı və ya 0,6 faizi paxlalılar, 20,0 hektar və ya 0,4 faiz çəltik, 20,5 hektar və ya 0,4 faiz toxumluq  tərəvəz. 353,0 hektar və ya 7,1 faiz qarğıdalı, 223 hektar və ya 4,5 faiz bostan, 4,0 hektar və ya 0,1 faiz birillik otlar. 100 hektar və ya 2,0 faiz soya, 84,8 hektar və ya 1,7 faiz şəkər çuğunduru   olmuşdur. 
           Hesabat dövründə 10293,9 hektar taxıl sahəsində biçin aparılmışdır. Həmin sahələrdən 38577,4 ton məhsul yığılmışdır. Məhsuldarlıq hər hektardan orta hesabla 37,5 sentner  olmuşdur.
           6976,8 ton meyvə və giləmeyvə istehsal olunmuşdur ki, bu da əvvəlki  ilin müvafiq dövrü ilə müqayisədə 664,3 ton və ya   8,7 faiz azdır.
            Cari ilin 9 ayında bundan başqa 6746,2 ton üzüm, 1976,4 ton kartof, 13831,3 ton tərəvəz, 3527,5 ton bostan, 52,0 ton çəltik, 4285,1 ton günəbaxan, 841,6 ton qarğıdalı,  74,8 ton paxlalılar, 3,7 ton çovdar, 1252,9 ton şəkər çuğunduru, 63589,3 ton quru ot,  22046,2  ton küləş və s. istehsal olunmuşdur.
Təsərrüfatlarda 7950 hektar  sahədə şum qaldırılmışdır. Həmin sahələrdə 1031,7 hektar payızlıq səpin aparılmışdır ki, bunun da 648,3 hektarı arpa, 383,4 hektarı isə xəsildir. 3582,2 hektar sahədə təkrar əkin aparılmışdır.
      2021-ci ilin III rübünün  sonuna  23992 baş iri buynuzlu mal-qara, 136845 baş qoyun və keçilər mövcud olmuşdur.
           Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qara 701 baş və ya 3,0 faiz, qoyun və keçilər isə 2309 baş və ya 1,7 faiz artmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 faiz artaraq 3937 ton, süd istehsalı 4,2 faiz artaraq 20943 ton, yumurta istehsalı 1,4 faiz artaraq 6582 min ədəd,.yun istehsalı isə 0,4 faiz azalaraq, 260 ton olmuşdur.
Hesabat dövründə sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 10528,1 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  2,3  dəfə  çoxdur.
2021-ci ilin yanvar-sentyabr aylarında emal sənayesi ilə məşğul olan sənaye müəssisələri 6040,5 min manatlıq mal və məhsul istehsal etmişlər ki, bu da əvvəlki ilin  müvafiq dövrünə nisbətən 7,4 dəfə çoxdur. Rayon üzrə istehsal olunmuş 10528,1 min manat mal və xidmətlərin 4487,6  min manatı dövlət, 6040,5 min manatı isə qeyri-dövlət sektorunun, ondan 355,2 min manatı fərdi sahibkarların, 5269,0 min manatı isə ev təsərrüfatlarının  payına düşür. Hesabat dövrünün sonuna anbarlarda hazır məhsulun  qalığı  olmamışdır.
Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 3740,5 min manatlıq  təmir- tikinti işləri aparılmışdır. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 68,7 faiz azdır. Təmir-tikinti işlərinin 1135,8 min manatı və ya 30,4 faizi dövlət mülkiyyətli müəssisələr, 2604,7 min manatı və ya 69,6 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən icra edilmişdir. Təmir-tikinti işlərinin 97,4 min manatı əsaslı təmirin,  1329,2 min manatı cari təmirin, 2313,9 min manatı isə sair işlərin   payına düşür.  
Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 8753,0 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 54,5 faiz azdır.
Sənayeyə 289,5 min manat, kənd təsərrüfatına 26,5 min manat, informasiya və rabitəyə 6,0 min manat, sosial sahəyə  6510,0 min manat, tikinti işlərinə isə 1921,0 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 322,0 min manatı istehsal təyinatlı, 8431,0 min manatı isə  qeyri-istehsal təyinatlıdır. 2252,6 min manat əsas fondlar istifadəyə verilmişdir. Tikinti-quraşdırma işlərinin həcmi 7807,4 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 58,8 faiz azdır. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 1921,0 min manat və sahəsi 5313  kvadrat metr olan 38 yaşayış evləri tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 6832,0 min manatı və ya 78,1 faizi dövlət büdcəsindən ayrılmış, 1921,0 min manatı və ya 21,9 faizi isə əhalinin şəxsi vəsaiti hesabına  olmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq  Samux rayonunda 2021-ci ilin  yanvar-sentyabr ayları ərzində  bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir:
      Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi  müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda xeyli sayda iri sahibkar təsərrüfatları fəaliyyət göstərir.
      Eyni zamanda rayonda 86 müasir  istixana fəaliyyət göstərir ki, onların da ümumi sahəsi 66,3 hektar təşkil edir.  Bu istixanalarda bu ilin 9 ayı ərzində 4992,2 ton faraş tərəvəz və 4,0 ton meyvə və giləmeyvə istehsal olunmuşdur..  Bu məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.
      Hesabat dövrü ərzində rayon daxilində olan bütün avtomobil yollarının yolların çiyin hissələri  avtoqreyderlə plana salınmış, torpaq yatağı maillikləri kol-koslardan, su ötürücü boruların giriş-çıxışları təmizlənmişdir. Gəncə-Samux, Samux-Lək, Samux-İnstitut-Sarıqaya, Samux-Qaraağaclı, Samux-Yenikənd-Poylu-Burunqovaq avtomobil yollarında və çiyin hissələrində 182,7 min m² sahədə çınqıl materialı ilə təmir işləri həyata keçirilərək 15,2 min m³ həcmində çınqıl materialı işlədilmişdir. Ümumilikdə 12740,0 m² sahədə 947 ton miqdarında asfalt-beton işləri görülmüşdür.
      Eyni zamanda Burunqovaq avtomobil yollarında su keçidlərində diametri  800 mm ölçüdə olan 10 metr uzunluğunda olmaqla dəmir-beton, diametri  500 mm ölçüdə olan 70 metr uzunluğunda olmaqla metal borular quraşdırılmışdır. Poylu-Kəsəmən-Salahlı-Qarabağlı kəndlərinin hər birində 1 ədəd olmaqla 4 ədəd dayanacaqlar quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.
       Samux Elektrik Şəbəkəsinin enerji dayanaqlığnı, enerji itkilərinin qarşısının alınmasını və enerji verilişində fasilələrin qarşısının alınması ilə əlaqıdər olaraq, Samux rayonunun bir çox kəndlərində yenidənqurma və təmir bərpa işləri görülmüşdür.
      Hesabat dövrü ərzində rayonda olan əhali qrupu üzrə yanmış sayğacların dəyişdirilməsi və yeni abonentlərə elektrik enerjisi verilməsi məqsədi ilə 126 ədəd sayğac dəsti quraşdırılmış, 220 ədəd sayğac həyətyanı sahədən kənara çıxarılıb və 612 ədəd sayğac dəyişdirilmişdir.
      Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi yanacaqdan istifadə olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir.
      Hesabat dövrü ərzində 161 ədəd yeni abonent təbii qazla təmin olunmuşdur. Ümumilikdə doqquz ay ərzində 2621 ədəd qaz sayğacı yenisi ilə əvəz edilmişdir.
      Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün müvafiq sərəncama  uyğun  olaraq, 3,24 hektar sahədə təmizləyici qurğu və  2,22 hektar sahədə  su  anbarı  inşa  edilmişdir. Samux şəhərinin ərazisində küçə xətlərində baş verən bütün yeraltı sızmaların və digər neqativ halların qarşısı vaxtında  alınmışdır.  Samux şəhərində yerləşən 36 mənzilli  çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin etmək üçün  200 m³ su anbarından nasoslar vasitəsilə mənzillərə məişət suyu verilir.
.    Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 fərdi evin tikintisi işləri davam etdirlir. Seyidlər kəndi ərazisində qaçqın və məcburi köçkün ailələri üçün 200 ailəlik şəhərcikdə son tamamlama işləri başa çatdırılmışdır.
            2021-ci ilin doqquz ayı ərzində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir.
      Hesabat dövrü ərzində 174 yeni iş yeri yaradılmışdır. Yaradılmış yeni iş yerlərindən 6-sı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına verilən 16 layihə üzrə 319,0 min manat güzəştli kreditin hesabınadır.
      Hesabat dövrü ərzində görülmüş işlərin ən əsası da, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr  tarixli 431 nömrəli Fərmanin 9-cu bəndinin icrasına əsasən əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin və regionlarda iş yerlərinin artirilması məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, haqqı ödənilən ictimai işlərin – abadlıq, təmizlik və digər işlərin təşkili ilə əlaqədar  Mərkəz tərəfindən 337 nəfər işsiz vətəndaş işlə təmin olunmuşdur.
      2021-ci ilin doqquz ayı ərzində “DOST İş Mərkəzi” MMC-yə MAS vasitəsi ilə ictimai işlərə göndərişlər verilərək işlə təmin olunan vətəndaşların sayı 160 nəfər olmuşdur ki, onlardan 8 nəfəri şəhid ailəsi, 1 nəfər qazi və 1 nəfər cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış şəxsdir.
       Hesabat dövrü ərzində əsas tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında”  07 aprel 2016-cı il tarixli sərəncamının icrası ilə əlaqədar, Özünüməşğulluq Proqramına uyğun olaraq Məşğulluq Mərkəzində qeydiyyatda olan aztəminatlı ailələrdən olan işaxtaran vətəndaşlardan biznes ideyası, bacarığı olan 54 nəfər seçilib təlimə cəlb edilməklə işlə təmin edilmişlər. İşlə təmin edilənlərdən 13 nəfəri şəhid ailəsinin üzvləri, 6 nəfəri qazi və 10 nəfəri isə Qarabağ müharibəsi iştirakçısıdır.
       2021-ci ilin doqquz ayı  ərzində rayon ərazisində səhiyyə sisteminin yaxşılaşdırlması istiqamətində rayon mərkəzi xəstəxanası üçün inşa edilən yeni xəstəxana kompleksinin tikintisi davam etdirilir.
      Hesabat dövrü ərzində  İnstitut qəsəbəsində 960 şagird yerlik tam orta məktəbin tikinti işləri sona çatıdırılaraq istifadəyə verilmişdir. Çobanabdallı kəndində isə 624 şagird yerlik tam orta məktəbin tikinti işləri davam etdirilir.
      Rayon əhalisinə göstərilən rabitə  və poçt  xidmətinin yaxşılaşdırılması  istiqamətində də müvafiq işlər aparılır. 2021-ci ilin doqquz ayı ərzində əsas telefon aparatlarının sayı 66 ədəd artırılaraq, 8920 ədədə çatdırılmışdır. Yüksəksürətli internet portalının tutumu aztelekom.net portalının montaj tutumu 960 port artırılaraq 7120 porta çatdırılmışdır. Hazırda rayonda internet xidmətindən istifadə edən abonentlərin sayı 6496 abunəçiyə çatmışdır ki, bu da keçən ilin müvafiq dövründəkindən 530 abunəçinin artmasını göstərir.
      Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır.
      Subartezian quyularında 2021-ci ilin doqquz ayı ərzində 220 ədəd nasos, 19 ədəd elektrik avadanlığı, nasos stansiyalarda mexaniki və elektrik  avadanlıqları təmir edilmişdir. Hesabat dövrü ərzində subartezian quyuları və nasos stansiyalarında  müvafiq olaraq 50,269 mln.kvt/s elektrik enerjisi sərf olmuş və dəyəri Samux Elektrik Şəbəkəsinə ödənilmişdir. Bunun nəticəsində 2021-ci ilin doqquz ayı ərzində 161,03 milyon m³ su istehsal edilmiş və əkin sahələrinə verilmişdir.
      Torpaqların suvarılması üçün kanallarda 2021-ci ilin doqquz ayı ərzində rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən 325 min m³,  yəni 170 km təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri aparılmışdır. Kanallarda və çaylarda 88 min m³ sahilbərkitmə və selə qarşı torpaq işləri görülmüşdür
      Hesabat dövrü ərzində  Gəncə çayında, Qabrrı çayında, Qoşqar çayında torpaq işləri görülmüşdür. Əsaslı təmir işləri üzrə Dinaraj kanalının beton üzlüyə alınması işləri hal hazırda davam etdirilir.
       2021-ci ilin yanvar-sentyabr aylarında  mal və xidmətlərin həcmi 3,5 faiz azalaraq, 1198,1 min manata çatmışdır. Sərnişin daşınması 14,8 faiz azalaraq, 3693,0 min sərnişin olmuşdur. Hesabat dövründə sərnişin dövriyyəsi 25851 min sərnişin km olmuşdur.
        Hal-hazırda rayonda 1 rabitə müəssisəsi - Samux Telekommunikasiya qovşağı fəaliyyət göstərir. Rayonda rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi  741,1 min manat və ya  əvvəlki ilin müvafiq dövrünə  nisbətən 8,9 faiz çox olmuşdur. Hesabat dövründə  telefon çəkilişi 66, telefon aparatlarının sayı isə 8920  ədəd olmuşdur.                                                                                                                                                                                                                                        
      2021-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə pərakəndə ticarət dövriyyəsi 82171,6 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,0 faiz azdır. Adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 1382,4 manat olmuşdur ki, bu da respublika üzrə hər bir adama düşən aylıq pərakəndə ticarət  dövriyyəsinin 49,3 faizini təşkil edir.
Pərakəndə ticarət dövriyyəsinin 56205,4 min manatı və ya 68,4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 25966,2 min manatı və ya 31,6 faizi  isə qeyri-ərzaq məhsullarının payına düşür.
        Topdansatış əmtəə dövriyyəsi 1309,8 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 670,7 min manat və ya  2,1 dəfə  çox olmuşdur.
        2021-ci ilin yanvar-sentyabr aylarında əhaliyə 17788,2 min manatlıq ödənişli xidmət göstərilmişdir ki. bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz çoxdur. Ödənişli xidmətin 1586,0 min manatını  və ya 8,9 faizini məişət xidməti təşkil edir.
         Fiziki şəxslər tərəfindən 12715,5 min manatlıq və ya ümumi  həcmin 71,5 faizi  qədər  ödənişli xidmət göstərilmişdir.
          Hesabat dövründə  əhaliyə cəmi 1567,6 min manatlıq iaşə xidməti göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrünə  nisbətən 244,7 min manat  və ya müqayisəli qiymətlərlə 15,2 faiz çoxdur. İaşə xidmətinin hamısı fiziki şəxslər tərəfindən göstərilmişdir. Rayonda iaşə xidməti ilə 77 fiziki şəxs  məşğul olmuşdur.
         2021-ci ilin 1 sentyabr tarixinə siyahı tərkibində olan işçilərin  sayı 5776 nəfər və  2021-ci ilin yanvar-avqust aylarında hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının  məbləği isə  461,4  manat olmuşdur.


Samux Rayon Statistika İdarəsi

Keçidlər