Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Sarıqamış kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Nuriyev Əfqan Rövşən oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.

04 noyabr 2021 | 23:00

Samux  rayon Sarıqamış kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi  Nuriyev Əfqan Rövşən oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux  rayon Sar ıqamış kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi  Nuriyev Əfqan Rövşən oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan danışdı .
Nuriyev Əfqan Rövşən oğlu  11 aprel 1997-ci il tarixdə Samux rayonunun Sarıqamış kəndində anadan olmuşdur. Samux rayon Sarıqamış tam orta məktəbinin məzunudur. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin  müvafiq sərəncamına uyğun olaraq  səfərbərlik üzrə hərbi xidmətə yollanıb. 03 noyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. 04 noyabr 2020-ci ildə Samux rayon Sarıqamış kəndində  dəfn olunub . Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən  "Vətən uğrunda", "Hərbi xidmətlərə görə",     "Cəbrayılın  azad olunmasına görə",  "Qubadlının  azad olunmasına görə", və "Laçının  azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

 

Keçidlər