Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda məhsul yığımı davam edir

04 noyabr 2021 | 16:00

2021-ci ilin yanvar-serntyabr aylarında  rayonun təsərrüfatlarında 75481,9 min manat kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur  ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz çoxdur. O cümlədən 42437,1  min manat bitkiçilik məhsulları  istehsal olunmuşdur.
      Bu ilin 9 ayında  sahələrdən bol məhsul yığılmışdır. Təsərrüfatlardan  1976,4 ton kartof, 13831,3 ton tərəvəz, 3527,5 ton bostan, 4285,1 ton günəbaxan, 841,6 ton qarğıdalı, 1252,9 ton şəkər çuğunduru, 74,8 ton paxlalı bitkilər, 52,0 ton çəltik toplanılmışdır.
         Bundan başqa təsərrüfatlar hesabat dövründə meyvə bağlarından və giləmeyvəliklərdən 6976,8 ton meyvə və giləmeyvə, üzüm bağlarından isə 6746,2 ton üzüm  yığmışdırlar.
    Rayonda məhsul yığımı davam edir.


Samux Rayon Statistika İdarəsi

Keçidlər