Şriftin ölçüsü :

Saytın rəngi :

Qalib ordunun Müzəffər Ali Baş Komandanı

08 oktyabr 2021 | 16:00

08 oktyabr 2021- ci il tarixində YAP Samux rayon təşkilatında karantin dövrünün qaydalarına uyğun olaraq  “Qalib ordunun Müzəffər Ali Baş Komandanı” mövzusunda  onlayn video  konfrans keçirildi.
Konfransı YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Torpaqlarımızın azadlığı uğrunda savaşın ilk günlərindən xalqımız öz liderinin – Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Bu, dövlətimizin başçısının 17 il ərzində insanların dərin rəğbətini qazanmasının parlaq sübutu idi. Vətən müharibəsindəki möhtəşəm qələbədə Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini  qeyd edən Gündüz Bayramov, döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyevin  hərb meydanın¬da müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədiyindən, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydığından danışdı. Cənab Prezidentin bütün təzyiqlərə cəsarətlə sinə gərərək, öz xalqı ilə vəhdətdə olan lider kimi mü¬barizlik, müdriklik rəmzinə çevrildiyini vurğuladı.
Daha sonra konfransda iştirak edən fəal YAP üzvləri Nuridə Həsənova, Şəlalə Tağıyeva, Mahirə Məmmədova, Elmir Qurbanov, Səkinə Ələkbərova, Zərifə Məmmədova, Şəmistan Yusifov   Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən, hər bir kəndin, qəsəbənin, şəhərin azad olunmasının xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə, təntənə ilə qarşılanmasından danışdılar. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış  Cənab Prezidentimizə xalqın etibarı və ehtiramının sonsuz olduğunu vurğuladılar. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyevin öz   sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirməsindən söhbət açdılar.
Natiqlər, qeyd etdilər ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Keçidlər