Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Təhsil Şöbəsində "Müəllimlər günü" ilə bağlı tədbir keçirilib.

05 oktyabr 2021 | 16:00

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılmış, təbrik üçün ilk söz təhsil şöbəsinin müdiri Nurlana Həsənovaya verilmişdir.
Daha sonra Samux şəhər 1 saylı məktəb-liseyin şagirdlərinin hazırladıqları kompozisiya, Samux şəhər 2 saylı tam orta məktəbin və Samux şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin şeirləri dinlənilmişdir. MİQ imtahanında 59 bal nəticə göstərərərək müəllimlik hüququ qazanmış tarix müəllim Mustafayeva Səhanə Şahin qızı, Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin dil ədəbiyyat müəllimi Namazova Göyçək Bəşir qızı və digər müəllimlər də həmkarlarını təbrik etmişdilər.
Tədbirin sonunda aşağıda adları qeyd olunan, fəaliyyətində fərqlənən müəllim və direktorlara Fəxri fərman və Təşəkkürnamələr verilmişdir:
1.Yay məktəbində göstərdiyi fəaliyyətə görə Samux rayon Alıuşağı kənd tam orta məktəbin biologiya müəllimi Allahverdiyeva Rəna Oruc qızı –Təşəkkürnamə
2.Yay məktəbində göstərdiyi fəaliyyətə görə Samux rayon Sərkar kənd tam orta məktəbin ibtidai sinif müəllimi-Verdiyeva Zöhrə Qasım qızı –Təşəkkürnamə
3.2020-2021-ci tədris ilində şagirdinin Tarix fənni üzrə Respublika Fənn Olimpiadasının final turunda fəal iştirakına görə Samux rayon Qarabağlılar kənd tam orta məktəbin Tarix müəllimi Məhərrəmova Cəmilə Elşad qızı- Təşəkkürnamə
4.Buraxılış imtahanlarında şairdlərinin yüksək nəticə göstərdiyinə görə Samux Şəhər 1 nömrəli məktəb liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İsgəndərova Sahət Yunis qızı-Təşəkkürnamə
5. Buraxılış imtahanlarında şagirdlərinin yüksək nəticə göstərdiyinə görə Samux şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bayramova Rəfiqə Sadin qızı-Təşəkkürnamə
6. Buraxılış imtahanlarında şagirdlərinin yüksək nəticə göstərdiyinə görə Samux rayon İnistitut qəsəbə tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Xoşqədəm Rəzzaq qızı -Təşəkkürnamə
7.Buraxılış imtahanlarında şagirdlərinin yüksək nəticə göstərdiyinə görə Samux rayon Sərkar kənd tam orta məktəbin İngilis dili müəllimi Məmmədov Rövşən Abbas oğlu -Təşəkkürnamə
8. Buraxılış imtahanlarında şagirdlərinin yüksək nəticə göstərdiyinə görə Samux rayon Qarayeri qəsəbə 1 nömrəli məktəb liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Namazova Göyçək Bəşir qızı -Təşəkkürnamə
9.Yay məktəbində yüksək təşkilatçılığa görə Samux rayon Alıuşağı kənd tam orta məktəbin direktoru Əsədov Musa Suliddin oğlu – Fəxri fərman
10.Beynəlxalq İnsan Hüquqları münasibəti ilə keçirilən “Mən və Hüquqlarım” adlı müsabiqədə şagirdinin respublika üzrə III- dərəcəli diploma layiq görülməsinə görə Samux rayon Fizuli kənd ümumi orta məktəbin müəllimi Ağayeva Gülnarə Bəybala qızı-Fəxri fərman
11.Samux rayon üzrə buraxılış imtahanlarında şagirdlərinin yüksək nəticə göstərdiyinə görə Samux rayon Qədili kənd ümumi orta məktəbin direktoru Mövsümov İsrayil İslam oğlu –Fəxri fərman
12.Samux rayon üzrə buraxılış imtahanlarında şagirdlərinin yüksək nəticə göstərdiyinə görə Samux rayon Qarabağlılar kənd tam orta məktəbin direktoru İsayev Vidadi Yanqı oğlu –Fəxri fərman
13.Samux rayon üzrə buraxılış və qəbul imtahanlarında şagirdlərinin yüksək nəticə göstərdiyinə görə Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru Abbasova Gülsəba Cəfər qızı –Fəxri fərman
14. Samux rayon üzrə buraxılış imtahanlarında şagirdlərinin yüksək nəticə göstərdiyinə görə Samux rayon Alabaşlı kənd tam orta məktəbin direktoru Məmmədova Mafizə Əmir qızı –Fəxri fərman
15.Şagirdinin “Ən yaxşı təqdimat” müsabiqəsində II-dərəcəli diploma layiq görüldüyünə görə Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Mustafayeva Kəmalə Çingiz qızı
16.Gənc nəslin təlim tərbiyəsində göstərdiyi fəaliyyətə görə Samux rayon Poylu kənd tam orta məktəbin biologiya müəllimi Yusifov Arzu Ələddin oğlu –Təşəkkürnamə
17. Gənc nəslin təlim tərbiyəsində göstərdiyi fəaliyyətinə görə- Samux şəhər 3 saylı tam orta məktəbin Coğrafiya müəllimi Süleymanova Leyli Eynulla qızı –Təşəkkürnamə
18. Yarışlarda şagirdlərinin qazandığı nəaliyyətlərə görə -Samux rayon UGİŞM-nin direktoru Aslanov Faiq Aşır oğlu-Fəxri fərman
19.Müsabiqələrdə şagirdlərinin qazandığı uğurlara görə Samux rayon UGİM –nin direktoru Həsənova Məhəbbət Çankay qızı Fəxri fərman
20.Şagirdlərinin vətənpərvərlik ruhunda yetişməsində göstərdiyi fəaliyyətə görə Samux şəhər 2 saylı tam orta məktəbin GÇQHR müəllimi Əhmədov Tural Tacəddin oğlu –Təşəkkürnamə
21.Gənc nəslin təlim tərbiyəsində göstərdiyi fəaliyyətə görə Samux rayon İnstitut qəsəbə tam orta məktəbin İngilis dili müəllimi Elyazova Aidə Faxrəddin qızı-Təşəkkürnamə
22.Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində qalib gəldiyinə görə Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb liseyin müəllimi Əmiraslanova Gülnarə Əmirqulu qızı –Təşəkkürnamə
Bütün müəllimlərimizi bir daha təbrik edir,onların əmək fəaliyyətində uğurlar arzu edirik.

Keçidlər