Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Azərbaycanı dünya liderliyinə aparan böyük rol” mövzusunda videokonfrans

03 oktyabr 2021 | 16:00

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında par¬tiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə “Azərbaycanı dünya liderliyinə aparan böyük yol” mövzusunda videoformatda konfrans keçirilib.
YAP Veteranlar Şurasının üzvlərinin, partiyanın Gəncə, Tovuz, Daşkəsən, Göygöl, Şəmkir, Samux, Gədəbəy, Naftalan, Qazax, Ağstafa, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı rayon təşkilatlarının fəal üzvlərinin iştirakı ilə keçirilən konf¬ransı giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Veteran¬lar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan ya¬xın günlərdə dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edəcək: “Müstəqilliyimizin ilk illərində yaşananlar hər kəsə məlumdur. 1991-1993-cü illər Azərbaycanın çoxəsrlik tarixinə qara səhifə kimi yazılıb. Həmin dövrdə ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın baş alıb getməsi xalqda sabaha böyük ümidsizlik ovqatı yaratmış¬dı. Belə çətin bir dövrdə xalq üzünü öz xilaskarına – ulu öndər Heydər Əliyevə tutdu. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderin düşünülmüş və məqsədyönlü siyasəti qısa müddətdə Azərbaycanı sabitlik diyarına çevirdi. Azərbaycanda bütün inkişafın əsası kimi qəbul olunan sa¬bitliyin, normal iqtisadi mühitin yara¬dılması ölkəmizin böyük investisiyalar məkanına çevrilməsinə, ən əsası siyasi müstəqilliyinə geniş imkanlar açdı. Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi.” A.Rəhimzadə diqqətə çatdırıb ki, son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə uğur¬la davam etdirilməsinin nəticəsində bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın sözünün imzası qədər əhəmiyyəti vardır.
Azərbaycan Respublikasının Prezi¬denti yanında Dövlət İdarəçilik Akade¬miyasının rektoru, biologiya elmləri dok¬toru, professor Urxan Ələkbərov mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin təntənəsi bugünkü Azərbaycandır. O Azərbaycan ki, 44 gündə Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 30 ilin işğalına son qoydu, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdi.
U.Ələkbərov hərbi-siyasi uğurun informasiya təminatından bəhs edib: “Dövlət başçısı İlham Əliyevin istər 44 günlük Vətən müharibəsi, istərsə də hazırkı postmünaqişə dövründə xarici mətbuata müsahibələrinə diqqət yetirdikdə informasiya cəbhəsində üstünlüyümüzün özünü qabarıq şəkildə büruzə verdiyini görürük. Ölkə Pre¬zidenti böyük qətiyyətlə 30 illik işğal dövrünün reallıqlarını, Azərbaycanın beynəlxalq səviyyədə qəbul olu¬nan ərazilərinin geri qaytarılması istiqamətində səylər göstərdiyini, 30 ildə sülh danışıqlarına üstünlük versə də qarşı tərəfin əsassız iddiaları, imitasiya naminə danışıqlara qo¬şulması nəticəsində sülh yolunun səmərə vermədiyini konkret faktlarla diqqətə çatdıraraq bir daha bildirir ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısı¬nı böyük qətiyyətlə aldı, tarixə Zəfər səhifəsini yazdı.”
Məruzə ətrafında çıxış edən YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə bu gün beynəlxalq münasibətlər sistemində özünməxsus yer tutan, söz sahibi olan Azərbaycanın uğurlarında Heydər Əliyev yolunun ro¬lundan danışıb. Bildirib ki, bu siyasətin son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı qalib ölkə kimi tanıtdı.
YAP Veteranlar Şurasının üzvü Südeyif İmamverdiyev bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev uğurlu və düşünülmüş siyasəti ilə Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdisə, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev adını tarixə iş¬ğal altında olan torpaqlarımızın xilakarı kimi yazdı.
YAP Veteranlar Şurasının üzvləri Əli Həsənov və Tahir Rzayev tari¬xi Zəfərimizin Azərbaycanı inkişafa, tərəqqiyə aparan yolun təqdimatı olduğunu bildiriblər. Qeyd ediblər ki, möhkəm təməl daim ölkəni inkişafa, tərəqqiyə aparır. Azərbaycan dünya birliyinin fəal üzvü kimi cərəyan edən proseslərə ədalətli mövqeyini nümayiş etdirir, balanslaşdırılmış xarici siyasəti ilə davamlı uğurlara imza atır.
Videokonfrans diskussiya şəklində davam edib.
YAP Şəmkir rayon təşkilatının üzvü Emin İsmayılovun, Tovuz rayon təşkilatının üzvü Nihad Pənahovun, Şabran rayon təşkilatının üzvü Gülər Kərimovanın və Göygöl rayon təşkilatının üzvü Vüqar Hüseynovun sualları cavablandırılıb.
“Xalq qəzeti”

Keçidlər