Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda üzüm istehsalı ötən ilə nisbətən 28 faiz artıb

20 sentyabr 2021 | 16:00

Vaxtilə üzüm və şərab istehsalına görə şöhrət qazanmış Samux rayonunda bu sahəyə maraq yenidən artmaqdadır. 2003-cü ildə rayonda üzüm bağları 232 hektar olduğu halda, son 18 ildə 4,4 dəfə artaraq 1013,3 hektara çatıb.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda rayonda 1011,3 hektar bar verən üzüm bağları mövcuddur. Bağların 472,6 hektarına süfrə üzümü, 540,7 hektarında isə şərab üzümü becərilir. 2021-ci ildə sahələrdən 3477 ton üzüm yığılaraq satışa verilib.
Üzüm istehsalı ötən ilə nisbətən 761 ton və ya 28 faiz çoxdur.
Qeyd edək ki, üzümçülük kənd təsərrüfatında ən çox gəlir gətirən sahələrdən biridir. Bu sahə həm də əhalinin məşğulluq probleminin həllində mühüm əhəmiyyət kəsb edir.
Samux, Elcan Məmmədov, AZƏRTAC

Keçidlər