Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda süni mayalanma yolu ilə 328 baş buzov doğulub

13 sentyabr 2021 | 16:00

Samux rayonunda 2021-ci ilin I yarımilində 720 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, heyvanların süni mayalandırılması nəticəsində 328 baş bala alınıb. Ümumiyyətlə, 2014-cü ildən bəri rayonda süni mayalanma ilə 9816 baş cins buzov doğulub. Aqrolizinq yolu ilə alınan cins mal-qaranın və süni mayalanmadan əldə olunan buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib.
Mal-qaranın cinsinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Bu ilin I yarımilində rayonda ət istehsalı (diri çəkidə) 2757 ton, süd istehsalı 15394 ton, yumurta istehsalı 5083 min ədəd, yun istehsalı isə 231 ton olub.
Samux, 13 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Keçidlər