Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilir.

25 avqust 2021 | 16:00

Azərbaycan Respublikası Prezidentinin şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqlar, qarşıya qoyduğu hədəflər uğurla icra olunur. Samux rayonunun Qədili kəndinən olan Vətən müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun xatirəsi doğum günündə böyük ehtiramla yad edildi. Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı,  şəhidin ailəsi, yaxınları, dostları, döyüş yoldaşları, media nümayəndələri və təhsil aldığı məktəbin müəllim kollektivi iştirak etdilər. Tədbirdə çıxış edənlər Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, şəhid ailələrinin problemlərinə həssaslıqla yanaşılmasından və şəhid haqqında danışdılar. Şəhidin yaxınları, döyüş yoldaşları və müəllimləri onun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi igidlikdən  danışdılar. Ərəbov Orxan Ramiz  oğlu torpaqlarımızın işğaldan  azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına  şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə  yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" və "Cəsur Döyüşçü" medalları ilə təltif edilib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər