Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailələrinə xüsusi diqqət göstərilir.

23 avqust 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq şəhid ailələri daim diqqət mərkəzində saxlanılır, mütəmadi ziyarət olunurlar.  22 avqust 2021-ci il tarixdə Vətən müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun  doğum günü qeyd edildi, əziz xatirəsi böyük ehtiramla anıldı. Məzarı ziyarət olundu, ruhuna dualar oxundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, şəhid valideynləri və media nümayəndələri iştirak etdi. Şəhidin atası göstərilən diqqət və qayğıya görə başda  Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev olmaqla bütün rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi.  Şəfiyev Daşqın Hidayət oğlu torpaqlarımızın işğaldan azad olunması zamanı bir çox döyüşlərdə iştirak edərək Laçın istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuş, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları  ilə “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Əslən Kəlbəcər rayonundan olan şəhidimiz Samux rayonunun Seyidlər kəndində dəfn olunub. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

 

Keçidlər