Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin avanqard quvvəsinə çevrilib” mövzusunda videokonfrans keçirildi.

13 avqust 2021 | 16:00

13.08.2021-ci il tarixdə YAP Samux rayon təşkilatında “ Dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin avanqard quvvəsinə çevrilib” mövzusunda videokonfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.
Ölkədə aparılan məqsədyönlü siyasətdən danışan Gündüz Bayramov vurğuladı ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb.
Sonra tədbirdə Sərkar kənd ərazi ilk partiya təşkilatının sədri Şəmistan Yusifov çıxış edərək, tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə bu gün cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan tarixinin hər bir mərhələsində olduğu kimi, 2017-2021-ci illərdə də gənclər aparıcı sosial-siyasi qüvvəyə çevrilib, müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edərək tarixi nailiyyətlərə imza atıblar.
Daha sonra tədbirdə fəal YAP üzvləri Günel Əhmədova, Azadə Ələsgərova, Rasim İmamquliyev, Jalə Nəsibova və Fidayıl Əliyev çıxış etdilər. Onlar qeyd etdilər ki, dövlətin diqqət və qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. Ölkə Başçısı cənab İlham Əliyevin 2017-ci ilin sentyabr ayının 15-də imzaladığı “Azərbaycan gəncliyi 2017/2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığı Sərəncam gənclərə göstərilən dövlət qayğısının davamıdır.

Keçidlər