Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirildi

07 avqust 2021 | 16:00

Samux rayon İcra Hakimiyyəti, Gənclər və İdman idarəsi və samux Kikboksinq Klubunun birgə təşkilatçılığı ilə 05-06 avqust 2021-ci il  tarixlərdə Samux şəhər Heydər Əliyev adına istirahət parkında  ənənəvi olaraq “Narkotikə yox de” başlığı altında açıq rayon birinciliyi keçirildi.  Yarışda  Gəncə şəhəri 2 komanda, Mingəçevir şəhəri 1  komanda, Bakı şəhəri  1 komanda,  Bərdə  rayonu  1 komanda, Göy-göl rayonu 1 komanda, Şəmkir rayonu 1 komanda, Samux rayonu 2 komanda olmqla, ümumilikdə 9 komanda öz güclərini ortaya qoydu. Yarışda Samux rayon İcra Hakimiyyəti başçısı fəxri qonaqlar,  idarə və təkilatların nümayəndələri, gənclər iştirak etdi. Yarışın keçirilməsində əsas məqsəd idmanın kütləviliyinin artırılması, yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirmək, gənclərin yay tətili günlərini səmərəli keçirməsi və həmçinin sərbəst güləş idman növünün yeniyetmə və gənclər arasında təbliği idi. Böyük maraqla qarşılanan yarış 06 avqust 2021-ci il tarixdə uğurla başa çatdı. Komanda hesabı ilə medalların sayı və əyyarına görə Samux rayon komandası yarışda birinciliyə layiq görüldü.

Keçidlər