Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Vətən müharibəsinin ən gənc şəhidinin doğum günü qeyd edildi.

28 iyul 2021 | 16:00

Samux rayonunun Qarayeri qəsəbəsindən olan Vətən müharibəsinin ən gənc şəhidi olan Allahverdiyev Vüsal Novruz oğlununun əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edildi. Tədbirdə Samux Rayon İcra  Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, şəhidin  valideynləri, yaxınları iştirak etdilər. Valideynləri və yaxınları şəhid haqqında öz təsürratlarını bölüşdülər. Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, keçdikləri şərəfli döyüş yolunun təbliğ olunması, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, şəhid ailələrinin diqqət

mərkəzində saxlanılmasıdır. Allahverdiyev Vüsal Novruz oğlu 25 iyul 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı döyüşlərdə  qəhrəmancasına şəhid olub. Samux rayonunda dəfn olunub. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər