Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirildi

27 iyul 2021 | 16:00

Samux rayon İcra Hakimiyyəti, Gənclər və İdman idarəsi və samux Kikboksinq Klubunun birgə təşkilatçılığı ilə 24-25 iyul 2021-ci il  tarixlərdə Samux şəhər Heydər Əliyev adına istirahət parkında  ənənəvi olaraq Azərbaycan Respublikasının Milli Qəhramanı Eltun Xaləddin oğlu İsgəndərovun və Samux Şəhidlərinin əziz xatirəsinə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 27-ci ilinə  həsr olunmuş Kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirildi. “Narkotikə yo de” başlığı altında keçirilən yarışda  Gəncə şəhəri 5 komanda, Mingəçevir şəhəri 2  komanda, Bərdə rayonu 2 komanda, Goranboy rayonu 2 komanda, Bərdə  rayonu  1 komanda, Naftalan  rayonu  1 komanda, Kəlbəcər rayonu 1 komanda, Göy-göl rayonu 1 komanda, , Ağdam rayonu 1 komanda, Samux rayonu 3 komanda olmqla, ümumilikdə 19 komanda öz güclərini ortaya qoydu. Yarışda Milli Qəhraman Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov, fəxri qonaqlar,  idarə və təkilatların nümayəndələri, gənclər iştirak etdi. Yarışın keçirilməsində əsas məqsəd Milli Qəhramanın və şəhidlərin əziz xatirələrinin yad edilməsi, gənclərdə vətənpərvərlik hisslərinin aşılanması, nazirliyin yaranmasının qeyd olunması, idmanın kütləviliyinin artırılması, yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirmək, gənclərin yay tətili günlərini səmərəli keçirməsi və həmçinin kikboksinq idman növünün yeniyetmə və gənclər arasında təbliği idi. Böyük maraqla qarşılanan yarış 26 iyul 2021-ci il tarixdə uğurla başa çatdı. Komanda hesabı ilə medalların sayı və əyyarına görə Samux rayon komandası yarışda birinciliyə layiq görüldü.

Keçidlər