Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda daha bir Şəhidin doğum günü qeyd olundu.

26 iyul 2021 | 16:00

Samux rayon Qovlarsarı kəndindən olan Vətən müharibəsi şəhidi Sadıqzadə Emil Əziz oğlunun doğum günündə əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə adına tikilmiş ehsan bulağının açılış mərasimi təşkil edildi.  Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, dostları, döyüş yoldaşları, təhsil aldığı məktəbin müəllimləri, digər rayonlardan gələn Vətən müharibəsi şəhidlərinin valideynləri, media nümayəndələri və rayon ictimaiyyəti iştirak etdi.  Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusu olan Sadıqzadə Emil 44 günlük Vətən  müharibəsində bir çox döyüşlərdə iştirak edərək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. 15 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər