Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailələri daim diqqət mərkəzində saxlanılır.

22 iyul 2021 | 16:00

Samux rayon Füzuli kəndindən olan Vətən müharibəsi şəhidi Ağamalıyev Ağamməd Elgiz  oğlunun ailəsi ziyarət olundu. Şəhidin valideynlərinin maddi durumları ilə maraqlanıldı. Samux Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və şəhidin yaxınları arasında keçirilən görüş zamanı şəhid Ağamalıyev Ağamməd Elgiz oğlunun 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlarından danışıldı. Ağamalıyev Ağamməd Elgiz oğlu Vətən müharibəsində bir çox döyüşlərdə iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" , "Döyüşdə fərqlənməyə görə" , "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif olunub. Ağamalıyev Ağamməd Elgiz oğlu Füzuli kənd qəbiristanlığında dəfn olunub. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

 

Keçidlər