Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 44 günlük Vətən müharibəsi qaziləri evinlərində ziyarət olundu.

30 iyun 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən  44 günlük Vətən müharibəsində yaralananlar ziyarət edildi. Samux rayon Qarayeri qəsəbəsindən olmaqla ümumilikdə 12 yaralı ziyarət olundu.  Belə görüşlərin təşkil edilməsində məqsəd yaralıların səhhəti, müalicəsi, maddi durumları ilə maraqlanmaq, sosial problemlərinin öyrənilməsi və həll olunmasında köməklik göstərilməsidir. Yaralılarla keçirilən görüşdə onların səhhəti, müalicəsi, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan  döyüş əməliyyatlarında  iştiraka görə dövlət təltifləri, əlilliyin müəyyən olunması prosesi, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  imzaladığı 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılacaq vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə göstəriləcək xidmətlər, əlaqələndirmə mərkəzlərinin yaradılmasının əhəmiyyəti və məqsədləri, gələcəkdə müharibə iştirakçılarına verilməsi nəzərdə tutulan imtiyazlar və güzəştlər haqqında danışıldı, Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov və həmin şöbənin böyük məsləhətçisi Rüstəm Ramizli tərəfindən müharibə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralananlara şəfa diləyirik.

Keçidlər