Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda taxıl biçini uğurla davam edir.

26 iyun 2021 | 01:00

Samux rayonunda 2021-ci ilin məhsulu üçün 10293,9 hektar sahədə taxıl becərilmişdir.  5925,5 hektarı  əhali təsərrüfatlarının, 4368,4 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür. 25.06.2021-ci il tarixinə rayonda 8386,2 hektar sahədə taxıl biçini aparılmışdır. Biçilən  sahənin 4294,7 hektarı arpa, 4091,5 hektarı isə buğda olmuşdur.  Taxıl biçininin 5321,5 hektarı əhali təsərrüfatlarında, 3064,7 hektarı isə kənd təsərrüfatı müəssisələrində aparılmışdır. Sahələrdən 31961,1 ton məhsul yığılmışdır.  İstehsal olunan taxılın  16350,8 tonu buğda, 15610,3 tonu isə arpadır.  Məhsuldarlıq hər hektardan 38,1 sentner olmuşdur
Taxıl istehsalının artması son illərdə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlıdır. Bundan əlavə Şəmkir Maşın Su Kanalının işə düşməsi, mineral və üzvi gübrələrdən, pestisidlərdən, yüksək məhsuldar toxum növlərindən istifadə edilməsi və normal iqlim şəraiti də məhsuldarlığın artmasına müsbət təsir göstərmişdir.

 

Samux Rayon Statistika İdarəsi

Keçidlər