Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Yay məktəbi”nə start verilib

17 iyun 2021 | 16:00

Mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulmuşdur.
Könüllülük əsasında təşkil olunan “Yay məktəbi” Samux rayon ümumi təhsil müəssisələrində də həyata keçirilir.
Qeyd edək ki, Yay məktəbləri şagirdlərdə ünsiyyətin yüksək səviyyədə inkişafı, təhsil prosesindən uzaqlaşmaması, tədris ili müddətincə qismən tanış olduqları sinifdənxaric oxu materiallarını daha dərindən öyrənmək, istehsalat və peşə fəaliyyəti ilə yaxından tanış olmaq üçün fəaliyyət göstərir.
Samux rayon Poylu, Qovlarsarı, Alıuşağı kənd tam orta məktəblərində , İnstitut qəsəbə, Samux şəhər 3 nömrəli tam orta məktəbi və Füzuli kənd ümumi orta məktəbində dərslər sinif otaqları ilə yanaşı , həm də məktəbin həyətində də təşkil olunub.

Keçidlər