Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailələri daim diqqət mərkəzində saxlanılır.

17 iyun 2021 | 16:00

Samux rayon Ziyadlı kəndindən olan Vətən müharibəsi şəhidi Yusibov Taleh Gündüz oğlunun ailəsi ziyarət olundu.Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, Samux RayonGənclər və İdman İdarəsinin əməkdaşları və şəhidin yaxınları iştirak etdilər. Görüş zamanı şəhid Taleh Yusibovun 44 günlük Vətən müharibəsində qəhrəmnlıqlarından danışıldı. Yusibov Taleh Gündüz oğlu Vətən müharibəsində bir çox döyüşlərdə iştirak edərək Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" , "Hərbi xidmətlərə görə" , "Qubadlının azad olunmasına görə",  "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub. Şəhid Yusibov Taleh Gündüz oğlu Ziyadlı kənd qəbiristanlığında dəfn olunub. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. 

Keçidlər