Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda gənclərlə görüş keçirildi.

08 iyun 2021 | 16:00

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin təşkilatçılığı ilə "Uğurunu paylaş" adlı görüş keçirilib.⠀

Görüş Samux Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Rüstəm Ramizlinin iştirakı ilə həyata keçirilib.⠀

Görüşdə Rüstəm bəy gənclərə döyüşlərdə qazanılan uğurlardan bəhs edib, döyüş təəssüratlarını bölüşüb. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi şücaətdən, qəhrəmanlıqdan danışıb. Qeyd etdi ki, 44 gün ərzində ordumuzun torpaqlarımızın işğaldan  azad edilməsi istiqamətində başlatdığı "Dəmir yumruq" əməliyyatının tarixi əhəmiyyəti böyükdür. Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rəhbərliyi ilə  ölkənin bütün yerlərində olduğu kimi rayonumuzda da şəhid ailələrinə və qazilərimizə diqqət və qayğı yüksək səviyyədədir.  Sonda isə gənclərin sualları cavablandırılıb.⠀

Keçidlər