Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailələri ziyarət olundu.

07 iyun 2021 | 16:00

7 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və  Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları tərəfindən Samux rayonunda şəhid ailələri ziyarət olundu. Görüş zamanı şəhidin ailə üzvləri ilə söhbətlər aparıldı, onaları maraqlandıran suallara cavab verildi,  problemləri ilə maraqlanıldı və ailələrə geyim və məktəb ləvazimatları hədiyyə olundu. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. 
Belə görüşlərin keçirilməsində məqsəd şəhid ailələrinin problemlərinin öyrənilməsi, onların sosial durumları ilə maraqlanmaq və sosial müdafiəsinin gücləndirməkdir.

Keçidlər