Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidinin doğum günündə məzarı ziyarət olundu.

06 may 2021 | 16:00

06 may 2021-ci il tarixdə Samux şəhərindən olan Vətən müharibəsi şəhidi Rüstəmov Pərviz Tufan oğlunun məzarı ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyi, Samux şəhər icra nümayəndəsi, şəhidimizin ailəsi, yaxınları iştirak etdilər. 44 günlük Vətən müharibəsi şəhidi Rüstəmov Pərviz Tufan oğlu Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən bir çox döyüşlərdə iştirak etmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər