Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Həkim və Tibb məntəqələri istifadəyə verildi.

03 may 2021 | 16:00

Yaponiaynın "Ot kökləri və İnsan Təhlükəsizliyi" üzrə Qrant Yardımı Proqramı çərçivəsində  Samux rayonunun İnstitut qəsəbəsində Həkim və Alıuşağı kəndində isə tibb məntəqələri istifadəyə verilib. Bu mnüasibətlə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfiri Vada Cüniçi xanımı Reiko Cüniçi ilə birlikdə Samux rayonuna səfər edib. Rəsmi qonaqları Alı Qocayev Samux  Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul edib. Görüşdə ölkələrimiz arasındakı sıx dostluq münasibətlərindən, eləcə də dövlətimizin diqqət və qayğısı ilə son illər Samux rayonunda həyata keçirilən sosial infrastruktur layihələrdən, genişmiqyaslı abadlıq, quruculuq işlərindən geniş bəhs olundu. Qonaqlara milli mənəvi-dəyərlərimizi simvolizə edən hədiyyələr təqdim olunub. Samux şəhərində ümummilli liderimiz  Heydər Əliyevin adına olan park və mərkəz ziyarət olundu. Sonda tibb məntəqələrinin istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbirdə məntəqələrdə yaradılan şəraitlə tanışlıq oldu.

 

Keçidlər