Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun 2021-ci ilin yanvar-mart aylarında iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

30 aprel 2021 | 16:00

2021-ci ilin yanvar-mart aylarının makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının  dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.
  2021-ci ilin məhsulu üçün rayon üzrə 10806,9 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 377,3 hektar və ya 3,4 faiz azdır. 2021-ci ilin məhsulu üçün 1862 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən  13,5  hektar və ya 0,7 faiz çoxdur.
Yazlıq  səpinin   962,0  hektarı və ya 51,7 faizi çoxillik otlar, 120,0 hektarı və ya 6,5 faizi kartof, 347,0 hektarı və ya 18,6 faizi tərəvəz, 198,0 hektarı və ya 10,6 faizi günəbaxan, 162,0 hektarı və ya 8,7 faizi yazlıq arpa, 71,0 hektarı və ya 3,8 faizi yazlıq  buğda, 2,0hektarı və ya 0,1 faizi paxlalılar  olmuşdur. 
           2021-ci ilin I rübünün  sonuna  23529 baş iri buynuzlu mal-qara, 141090 baş qoyun və keçilər mövcud olmuşdur.
           Əvvəlki illə müqayisədə iri buynuzlu mal-qara 344 baş və ya 1,5 faiz, qoyun və keçilər isə 3631 baş və ya 2,6 faiz artmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 0,7 faiz artaraq 1516 ton, süd istehsalı 0,02 faiz artaraq 8164 ton, yumurta istehsalı 0,9 faiz artaraq 2756 min ədəd  olmuşdur.
           Kənd təsərrüfatı məhsullarının istehsal həcmi  16160,5 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə  nisbətən 11,5 faiz çoxdur.
Hesabat dövründə sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 3676,9  min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  96,9 faiz  çoxdur.
2021-ci ilin yanvar-mart aylarında emal sənayesi ilə məşğul olan sənaye müəssisələri 1941,2 min manatlıq mal və məhsul istehsal etmişlər ki, bu da əvvəlki ilin nisbətən 8,9 dəfə çoxdur. Rayon üzrə istehsal olunmuş 3676,9 min manat mal və xidmətlərin 1735,7  min manatı dövlət, 1941,2 min manatı isə qeyri-dövlət sektorunun, ondan 100,8 min manatı fərdi sahibkarların, 1788,2 min manatı isə ev təsərrüfatlarının  payına düşür. Hesabat dövrünün sonuna anbarlarda hazır məhsulun  qalığı  olmamışdır.
Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 347,5 min manatlıq  təmir- tikinti işləri aparılmışdır. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz çoxdur. Təmir-tikinti işlərinin 297,6 min manatı və ya 85,6 faizi dövlət mülkiyyətli müəssisələr, 49,9 min manatı və ya 14,4 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən icra edilmişdir. Təmir-tikinti işlərinin   hamısı  cari təmirin  payına düşür.  
Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 1633,4 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 40,6 faiz çoxdur.  Sənayeyə 268,0 min manat, kənd təsərrüfatına 26,5 min manat, sosial sahəyə  808,9 min manat, tikinti işlərinə isə 530,0 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 294,5 min manatı istehsal təyinatlı, 1338,9 min manatı isə  qeyri-istehsal təyinatlıdır. 834,1 min manat əsas fondlar istifadəyə verilmişdir. Tikinti-quraşdırma işlərinin həcmi 1006,0 min manat olmuşdur ki, bu isə əvvəlki ilə nisbətən 3,0 faiz azdır. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 530,0 min manat olan 1212  kvadrat metr mənzil tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 1103,4 min manatı və ya 67,6 faizi dövlət büdcəsindən ayrılmış, 530,0 min manatı və ya 32,4 faizi isə əhalinin şəxsi vəsaiti hesabına  olmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq  Samux rayonunda 2021-ci ilin  yanvar-mart ayları ərzində  bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir:
      Hesabat dövrü ərzində rayon daxilində olan bütün avtomobil yollarının yolların çiyin hissələri  avtoqreyderlə plana salınmış, torpaq yatağının  maillikləri kol-koslardan, su ötürücü boruların giriş-çıxışları küvetlərdən  təmizlənmişdir. Gəncə-Samux,  Samux-Lək, Samux-İnstitut-Sarıqaya, Samux-Qaraağaclı, Samux-Yenikənd-Poylu-Burunqovaq avtomobil yollarında və çiyin hissələrində 60,7 min m² sahədə çınqıl materialı ilə təmir işləri həyata keçirilərək  3,1 min m³  həcmində çınqıl materialı işlədilmişdir. Eyni zamanda Burunqovaq avtomobil yollarının su keçidlərində diametri  800 mm,  uzunluğu 10 metr ölçüdə olan  dəmir-beton, diametri 500 mm, uzunluğu 70 metr  ölçüdə olan  metal borular quraşdırılmışdır. Poylu-Kəsəmən-Salahlı-Qarabağlı kəndlərinin hər birində 1 ədəd olmaqla 4 ədəd dayanacaqlar quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.
      Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində  müəyyən işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi yanacaqdan istifadə olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Hesabat dövrü ərzində rayon abonentlərinin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə  Qarabağlar kəndində diametri  89 mm olan 700 p/m, Ziyadlı kəndində diametri 57 mm olan 289 p/m qaz xəttinin çəkilişi icra olunmuşdur. Lək kəndindən Hacıalılı kəndiniə gedən  diametri 108 mm olan qaz xəttinin dayaqlar üzərinə qaldırılması təmin edilmiş  və Təmiz Qaz Xidməti tərəfindən aşkar edilmiş 1508 ədəd qaz sızmasının qarşısı alınmışdır.
      Hesabat dövrü ərzində Qarayeri və İnstitut qəsəbələrində, Ziyadlı, Sərkar, Qiyaslı və Hacıalılı kəndlərində əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədi ilə istismar müddəti bitmiş QTS-lərin yerinə yeni 8 ədəd SQTM-lər quraşdırılmışdır. Sərkar kəndində Tədbirlər Planına uyğun olaraq diametri 108 mm olan 478 p/m qaz xəttinin çəkilməsi başa çatdırılmışdır.
      Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün müvafiq sərəncama  uyğun  olaraq, 3,24 hektar sahədə təmizləyici qurğu və  2,22 hektar sahədə  su  anbarı  inşa  edilmişdir. Samux şəhərinin ərazisində küçə xətlərində baş verən bütün yeraltı sızmaların və digər neqativ halların qarşısı vaxtında  alınmışdır.  Samux şəhərində yerləşən 36 mənzilli  çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin etmək üçün  200 m³ su anbarından nasoslar vasitəsilə mənzillərə məişət suyu verilir.
      Rayon əhalisinə göstərilən rabitə  və poçt  xidmətinin yaxşılaşdırılması  istiqamətində də müvafiq işlər aparılır.  Hazırda rayonda internet xidmətindən istifadə edən abonentlərin sayı 8 abunəçi artaraq, 6052 abunəçiyə çatmışdır ki, bu da keçən ilin müvafiq dövründəkindən 710 abunəçinin artmasını göstərir.
      Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır.
       Subartezian quyularında 2021-ci ilin I rübündə 85 ədəd nasos, 8 ədəd elektrik avadanlığı, nasos stansiyalarda mexaniki və elektrik  avadanlıqları təmir edilmişdir.  Subartezian quyuları və nasos stansiyalarında   9161 mln.kvt/s elektrik enerjisi sərf olunmuş və dəyəri  Samux Elektrik Şəbəkəsinə ödənilmişdir. Bunun nəticəsində  29489 milyon m³  su istehsal edilmiş və əkin sahələrinə verilmişdir.
      Torpaqların suvarılması üçün   rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda 91 min m³, və ya 36 km sahədə lildən təmizləmə işləri aparılmışdır. Kanallarda və çaylarda 26 min m³ sahilbərkitmə və selə qarşı torpaq işləri görülmüşdür. Kanallarda 24 ədəd HTQ,  8 ədəd hidropost təmir edilmişdir. Təsərrüfatarası və təsərrüfatdaxili kanallarda 8600 m²  kol-kosdan təmizləmə işləri aparılmışdır. Əlavə olaraq kanallarda əl ilə lildən təmizləmə  işləri aparılır.  320 km boru kəmərində təmir işləri aparılaraq tam işlək vəziyətə salınmışdır. Əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və su itkisinin qarşısının alınması üçün Samux şəhərində. Qarayeri qəsəbəsində, Alıuşağı, Zazalı, Qiyaslı, Əhmədbəyli, Ağasıbəyli, Çobanabdallı, Sərkar, Füzuli və  Sarıqaya kəndlərində   qrafik üzrə təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri aparılır. Suvarma kanallarında yaranan çətinliklər aradan qaldırılır.
      Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 9 fərdi evin tikintisində son tamamlama işləri görülür. Seyidlər kəndi ərazisində qaçqın və məcburi köçkün ailələri üçün 200 ailəlik şəhərcikdə hal-hazırda işlər başa çatmaq üzrədir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 9 fərdi evin tikintisində son tamamlama işləri aparılır.
      Hesabat dövrü ərzində  İnstitut qəsəbəsində 960 şagird yerlik tam orta məktəbin tikinti işləri  davam etdirilmiş, Çobanabdallı kəndində isə 624 şagird yerlik tam orta məktəbin tikinti işlərinə başlanılmışdır.
        2021-ci ilin yanvar-mart aylarında  sərnişin daşınması 38,3 faiz azalaraq, 1365 min  nəfər olmuşdur. Mal və xidmətlərin həcmi 29,7 faiz azalaraq, 492,1 min manata çatmışdır.
        Hesabat dövründə sərnişin dövriyyəsi 9555,0 min sərnişin km olmuşdur. Hal-hazırda rayonda 1 rabitə müəssisəsi - Samux Telekommunikasiya qovşağı fəaliyyət göstərir. Hesabat dövründə  telefon çəkilişi 23, telefon aparatlarının sayı isə 8877  ədəd olmuşdur.
        Rayonda rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi  237,3 min manat və ya  əvvəlki ilə nisbətən 9,8 faiz çox olmuşdur.
        2021-ci ilin yanvar-mart aylarında rayon üzrə pərakəndə ticarət dövriyyəsi 24832,2 min manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 17,4 faiz azdır. Adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 421,0 manat olmuşdur ki, bu da respublika üzrə hər bir adama düşən aylıq pərakəndə ticarət dövriyyəsinin 41,0 faizini təşkil edir.                                                                         
        Pərakəndə ticarət dövriyyəsinin 15694 min manatı və ya 63,2 faizi ərzaq mallarının, 9138,2  min manatı və ya 36,8 faizi isə qeyri-ərzaq mallarının payına düşür.
        Topdansatış əmtəə dövriyyəsi 220,6 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,3 min manat və ya  93,0  faiz çox olmuşdur.
        2021-ci ilin yanvar-mart aylarında əhaliyə 6311,6 min manatlıq ödənişli xidmət göstərilmişdir ki. bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 11,4 faiz azdır. Ödənişli xidmətin 529,9 min manatını  və ya 8,4 faizini məişət xidməti təşkil edir.
         Fiziki şəxslər tərəfindən 4439,5 min manatlıq və ya ümumi  həcmin 70,3 faizi  qədər  ödənişli xidmət göstərilmişdir.
          Hesabat dövründə  əhaliyə cəmi 385,3 min manatlıq iaşə xidməti göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrünə  nisbətən 405,3 min manat  və ya müqayisəli qiymətlərlə 51,9 faiz azdır. İaşə xidmətinin hamısı fiziki şəxslər tərəfindən göstərilmişdir. Rayonda iaşə xidməti ilə 75 fiziki şəxs  məşğul olmuşdur.
         2021-ci ilin yanvar-mart aylarında muzdla çalışan işçilərin orta siyahı sayı 5367 nəfər, həmin işçilərə hesablanmış əməkhaqqı fondunun məbləği 7305,0 min manat , hər bir işçiyə düşən orta aylıq əməkhaqqının  məbləği 453,7  manat olmuşdur.


Samux Rayon Statistika İdarəsi

Keçidlər