Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə qayğı” aksiyası çərçivəsində növbəti qazi ailələri ziyarət olundu.

29 aprel 2021 | 16:00

29.04.2021-ci il tarixdə YAP Samux rayon təşkilatının nümayəndələri Samux rayon Çobanabdallı kəndində yaşayan Vətən müharibəsinin qaziləri Hüseynov Vüsal İntiqam oğlu  və Sultanov Nicat Əfqan oğlu ilə görüşdülər, qazi ailələrini evlərində ziyarət etdilər. Ziyarətdə  YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və Gənclər Birliyinin üzvləri iştitak etdilər.
Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda igidliklə döyüşən və xalqımızın Şanlı Qələbə qazanmasında töhfələri olan qazilərimizə, onların mərd, fədakar ailə üzvlərinə ürəkdən təşəkkür edən və Qələbə münasibətilə gözaydınlığı verən YAP Samux rayon təşkilatının nümayəndələri qazilərimizin səhhəti, ailələrin gündəlik qayğıları ilə maraqlandılar, ailələr ilə səmimi söhbət etdilər.
Vətən müharibəsinin qaziləri 44 günlük Şanlı döyüş yolundan, işğaldan azad olunan torpaqlarımıza ilk ayaq basan qəhrəman Azərbaycan əsgərinin şücaətindən və düşmənin rüsvayçı məğlubiyyətindən danışdılar, Vətənin müdafiəsinə hər zaman hazır olduqlarını dəfələrlə vurğuladılar.
Dövlət səviyyəsində şəhid və qazi ailələrinin daim diqqət mərkəzində saxlanılması üçün həyata keçirilən ardıcıl tədbirlər haqqında qazilərimizə və ailə üzvlərinə ətraflı məlumat verildi. Ailələrə ərzaq sovqatları çatdırıldı.
Göstərilən diqqətə görə bütün qurumlara təşəkkür edən qazilər və ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdilər.

Keçidlər