Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailəsi ziyarət olundu.

28 aprel 2021 | 16:00

Samux rayonunun Qarayeri qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Bəylərov Seymur Səlyəddin oğlunun ailəsi ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin  əməkdaşları, şəhidin valideynləri, yaxınları , Aqrar inkişaf könüllüləri və Qarayeri qəsəbə nümayəndəsi Məftun Yusifov iştirak etdilər. Valideynləri və yaxınları şəhid haqqında öz təsürratlarını  bölüşdülər. Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, keçdikləri şərəfli döyüş yolunun təbliğ olunması, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, şəhid  ailələrinin diqqət mərkəzində saxlanılmasıdır. Bəylərov Seymur Səlyəddin oğlu 24 aprel 1996-cı il tarixdə anadan olub. Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı 29 sentyabr 2020-ci il tarixdə  qəhrəmancasına şəhid olub. Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Subay idi. Əslən Kəlbəcərli olan şəhidimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər