Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Qarayeri qəsəbəsindən olan şəhid Cəfərov Babək Məxsus oğlunun ailəsi ziyarət olundu.

27 aprel 2021 | 16:00

Samux rayonunun Qarayeri qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğlunun ailəsi ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid  ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, şəhidin valideynləri, yaxınları, Aqrar inkişaf könüllüləri və Qarayeri qəsəbə nümayəndəsi Məftun Yusifov iştirak etdilər. Valideynləri və yaxınları şəhid haqqında öz təsürratlarını  bölüşdülər. Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, keçdikləri şərəfli döyüş yolunun təbliğ olunması, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, şəhid ailələrinin diqqət mərkəzində saxlanılmasıdır. Cəfərov Babək Məxsus oğlu Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. 26 oktyabr 2020-ci il tarixdə Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Uzun müddət komada qalan Cəfərov Babək həkimlərin bütün səylərinə baxmayaraq 08 mart 2021-ci il tarixdə şəhadətə qovuşdu. Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Şəhidimizin bizlərə əmanət 2 övladı var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər