Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyevanın ömür yolu hər bir qadın üçün həyat və mənəviyyat dərsidir.

27 aprel 2021 | 16:00

27.04.2021-ci il tarixdə YAP Samux rayon təşkilatında  “Akademik Zərifə Əliyevanın ömür yolu hər bir qadın üçün həyat və mənəviyyat dərsidir”  mövzusunda videokonfrans keçirildi.Tədbiri giriş sözləri ilə açan  YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  çıxış edərək həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq alim Zərifə Əliyevanın insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı.      İnsanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi  ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı istər elmi fəaliyyətində qazandığı uğurlar, istər şəxsiyyət kimi öz  fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirdi. Zərifə xanımın Azərbaycan xalqının sərvəti olduğunu bildirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd etdi.
Sonra tədbirdə çıxış edən YAP üzvləri- Kəmalə Xəlilova, Günel Əhmədova, Aytən Məmmədova, Şəlalə Tağıyeva, Ramilə Hüseynova və  Dilarə Ələsgərova qeyd etdilər ki, Zərifə Əliyevanın elmi fəaliyyətinin böyük hissəsi Moskva ilə bağlı olub. Zərifə Əliyeva Moskvada böyük elmi uğurlar əldə edib. Alim qazandığı uğurlarla səhiyyə sahəsində öz sözünü deməyi bacarıb. Zərifə Əliyevanın daha böyük uğuru həyatının 3 böyük şəxslə - Əziz Əliyev, Heydər Əliyev və ilham Əliyevlə bağlı olmasıdır.Azərbaycanın bu cür qadınlarının olması tariximizin xalqımıza göstərdiyi böyük lütfdür. Gözəl alim olmaqla yanaşı, gözəl həyat yoldaşı da olan Zərifə Əliyeva ümummili lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq, arxa olub.Natiqlər Vətənimizin fəxri sayılan bu cür insanların parlaq sima kimi daim yaddaşlarda yaşayacağını söylədilər.

Keçidlər