Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailəsi ziyarət olundu.

23 aprel 2021 | 16:00

23 aprel 2021-ci il tarixdə Samux rayonunun Çobanabdallı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlunun ailəsi ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, şəhidin yaxınları iştirak etdilər. Şəhidin yaxınları şəhidin keçdiyi döyüş yolundan danışdılar. Məmmədli Həsən Qəhrəman oğlu Samux rayonunun Çobanabdallı kənd tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləyirdi. Məktəbdə işini yarımçıq qoyub cəbhəyə könüllü yollanan qəhrəmanımız Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Samux rayon Çobanabdallı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə  yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər