Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda təmizlik-abadlıq işləri aparılmışdır.

19 aprel 2021 | 16:00

Samux rayonunda təmizlik-abadlıq işləri uğurla həyata keçirilməkdədir. Belə ki, Samux şəhərinin prospekt və küçələrində yaşıllıq sahələrinə xüsusi qulluq göstərildi. Ağaclar ağardıldı. Qurumuş ağaclar və kol-koslar təmizləndi. Keçirilən aksiyanın əsas məqsədi ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən, ətraf ərazidə təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olmuşdur.
Tədbir zamanı ümumilikdə 30 maşın müxtəlif növ məişət tullantılarının və qurumuş büdaqların daşınması həyata keçirilmiş, 200-dən çox müxtəlif növ mövsümi ağaclar əkilmişdir.  Əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilmişdir.

 

Keçidlər