Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhidin məzarı və ailəsi ziyarət olundu.

14 aprel 2021 | 16:00

Samux rayonu Köbər kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Dostuyev Elçin Murad oğlunun məzarı və ailəsi ziyarət olundu. Tədbirdə Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları,
şəhidin valideynləri, yaxınları və müəllimləri, media nümayəndələri iştirak etdilər. İlk öncə şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu. Daha sonra şəhidin ailəsi evində ziyarət olundu. Valideynləri və yaxınları ilə görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan danışıldı. Şəhidimiz "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər