Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 1369 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb

03 aprel 2021 | 16:00

Cari ilin məhsulu üçün bu ilin yanvar-fevral aylarında Samuxda 1369 hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 24,2 faiz çoxdur.
Yazlıq səpinin 907 hektarını çoxillik otlar, 95,5 hektarını kartof, 183,5 hektarını tərəvəz, 162 hektarını yazlıq arpa, 21 hektarını isə yazlıq buğda təşkil edib.
Hazırda təsərrüfatlarda yazlıq bitkilərin əkini davam etdirilir.
Qeyd edək ki, 2020-ci ilin məhsulu üçün aparılmış yazlıq bitkilərin əkininin 912 hektarı və yaxud 66,6 faizi ailə kəndli və ev təsərrüfatlarının, 457 hektarı və yaxud 33,4 faizi isə kənd təsərrüfatı müəssisələrinin payına düşüb.

Keçidlər